Süleymaninin ölümü təhlükəli durumumuzu qabartdı – Professor
General Süleymaninin öldürülməsindən sonra onun kimliyi ətrafında yaranan ziddiyyətli münasibət cəmiyyətdə ciddi boşluqların olduğunu bir daha təsdiqləyir.
Rakus.az xəbər verir ki, belə bir ciddi məsələ ilə bağlı fikrini açıqlayan professor Qulu Məhərrəmli son dərəcə vacib məqamlara toxunub. Qeyd edib ki, genaralın kimliyini, onun haralarda nələr törətdiyini və ABŞ-ın onu hansı üsulla məhv etdiyini bir kənara qoyub aşağıdakı təhlükələri görməliyik:
1) Məmləkətdə real və effektli vətənpərvərlik təbliğatı sıfır səviyyəsindədir.
2)Bizdə Rusiya aşiqləri ilə yanaşı, xeyli İran sevdalısı və fanatiki yetişib. Molla zehniyyəti din adı altında şüurları işğal edib.
3)Öz qəhrəmanları təbliğ olunmadığı üçün geniş kütlə xəyali qəhrəmanları kənar koordinatlarda axtarır.
4)Ölkənin yararsız təhsil, televiziya və informasiya siyasəti olduqca qorxulu cahil kütlə yetişdirib.
5) İdeoloji boşluq (vakuum) sindromu hər addımda özünü göstərir.
6)Vətənə sahiblik duyğusu və milli heysiyyət öləziyib.
7)İctimai ədalətsizlik və dəyərlərin itirilməsi kütləvi laqeydlik yaradıb.
Sonda isə bildirib ki, hələ nə yaxşı ki, FB-də və gerçək həyatda az da olsa, sağlam düşüncə havası var…