Siyasi 16.01.2020 11:55

Seçkilər daha çevik deputat korpusunun formalaşmasına hədəflənib – PA rəsmisi

“2019-cu il Azərbaycan tarixində köklü islahatlar ili kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar həmişə davamlı xarakter daşıyıb. Lakin hazırda həyata keçirilən son islahatlar miqyasına və sürətinə görə, kəmiyyət və keyfiyyətinə görə əvvəlki illərdən ciddi şəkildə fərqlənir. Həm institusional məzmun, həm qanunvericilik yanaşması, həm də kadr potensialının yenilənməsi baxımından əvvəlkilərdən fərqlənir”.

Rakus.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

PA rəsmisi bildirib ki, medianın seçkilərdə rolundan danışarkən ilk növbədə son bir il ərzində ölkəmizdə həyata keçirilən islahatların mahiyyəti, onları şərtləndirən amillərin, hədəflərin qiymətləndirilməsi, bu islahatlarda medianın rolunun nədən ibarət olması” suallarına cavab verilməsi vacibdir: “İslahatlar o dərəcədə genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına və təsisatlarına öz təsirini göstərəcək. Təbii ki, bu prosesin qlobal səbəbləri də var. Dünyada cərəyan edən qlobal transformasiya kontekstində ölkələr daxilində də ictimai-siyasi transfiqurasiya baş verir, daha da sürətlənir və dərinləşir. Nəticədə, nəinki texnoloji, həm də interaktiv kommunikasiyaya əsaslanan, ictimai rəyin mühüm rol oynadığı açıq informasiya cəmiyyətinin formalaşması baş verir və bu, ictimai münasibətləri tamamilə yeni inkişaf mərhələsinə keçirir”.

Səadət Yusifovanın sözlərinə görə, dövlətlərin bu dəyişikliklərə yanaşması pro-aktiv olduqda, nəticə də effektiv olur. Cənab Prezidentin sözləri ilə demiş olsaq, “gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq: “Nəsillər arasında tarixi varislik saxlanılmaqla, eyni zamanda yenilənmə, müasirləşmə prinsipinin tətbiqi, başqa sözlə desək, yaşlı və orta nəslin təcrübəsi ilə gənc nəslin çevikliyi, təşəbbüskarlığı və innovativliyinin sintezi bu islahatlar kursunun əsas leytmotividir. Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün dövlət idarəçilik institutlarının zamanın tələblərinə uyğun olaraq müasir, effektiv şəkildə yenidən qurulması zəruridir. Bu proses bütün hakimiyyət qollarını əhatə etməlidir. Hazırki parlament seçkiləri də məhz bu islahatlar kursunun ayrılmaz tərkib hissidir. Bu baxımdan, növbəti parlament seçkiləri daha çevik, daha peşəkar və daha effektiv deputat korpusunun formalaşmasına hədəflənmişdir”. (Secki-2020.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS