İdman 16.01.2020 15:15

Salyanda 20 Yanvara həsr olunan futzal turniri keçirildi - FOTO

Yanvar;n 16-da Salyan Rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin İctimai Birliyinin Salyan rayon filialının birgə təşkilatçılığı ilə Salyan rayon 2 saylı məktəbin idman zalında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş Qarabağ veteranları və yeniyetmə və gənclər arasında futzal oyunu keçirilib.

Rakus.az xəbər verir ki, ilk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev 20 Yanvar faciəsi haqqında məlumat verərək bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarışın keçirilməsində əsas məqsədin 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarət olduğunu qeyd etdi. Bildirdi ki,Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.
Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin ictimai birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov öz çıxışında qeyd etdi ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. 20 Yanvar faciəsi Xalqımızın qan yaddaşında əbədi olaraq yaşayacaq.

Daha sonra Futzal oyunun start verildi. Futzal oyununda Qarabağ veteranları və gənclər komandaları mübarizə aparmışdır. İdman mübarizəsi şəraitində keçən oyun yeniyetmə və gənclərdən ibarət komandanın 5:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

Oyunun yekununda iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi  20 yanvar TƏDBİR
Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi  20 yanvar TƏDBİR
Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi  20 yanvar TƏDBİR
Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi  20 yanvar TƏDBİR
Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi  20 yanvar TƏDBİR
Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi  20 yanvar TƏDBİR

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO