Məktəblərdə ilk dərs 20 Yanvara həsr olundu
Bu gün ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçirilib.
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən, tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarət edirlər.