“Qara qızıl”ın qiyməti həftəni itkilərlə tamamladı
“Qara qızıl”ın qiyməti həftəni itkilərlə tamamlayır.
Rakus.az xəbər verir ki, neftin qiyməti ABŞ-ın xarici ticarətə daha konsensuslu yanaşması fonunda son 2 həftənin ən böyük artımından sonra qazancını qoruyub. Lakin “qara qızıl”ın qiyməti tələbata dair davam edən narahatlıqlar səbəbindən həftəni azalma ilə keçməyə hazırlaşır.
Ötən həftə rəsmi Vaşinqton və Pekinin ticarət sazişinin birinci mərhələsini imzalaması, ABŞ Senatının Birləşmiş Ştatlar-Meksika-Kanada sərbəst ticarət sazişini təsdiqləməsi, ABŞ-ın xam neft ehtiyatlarının azalması, Beynəlxalq Enerji Agentliyi (IEA) və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal neft bazarı üzrə hesabatları qiymətinə təsir edən əsas amillər olub.
Xatırladaq ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,85 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58,54 dollara satılır.