Siyasi 21.01.2020 18:10

Seçicilər Azər Əlixanbəyovu yekdilliklə dəstəkləyəcək - FOTO

 

Milli Məclisin deputatlığına namizədliyini 32 saylı Suraxanı üçüncü seçki dairəsindən irəli sürən Azər Əlixanbəyov  Əmircan və Bülbülə qəsəbələrinin seçiciləri ilə görüşdü. Əvvəlcə namizədin vəkili Anar Çıraqov Azər müəllimin həyat və fəaliyyəti barədə  ətraflı məlumat verdi. Bildirdi ki, Azər Əlixanbəyov 8 iyun 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. 1990-1993-cü illərdə Naxçıvan şəhəri 39 saylı tam orta ümumtəhsil məktəbində, 1993-1994-cü illərdə Bakı şəhəri 23 saylı tam orta ümumtəhsil məktəbində, 1994-1995-ci illərdə Avstriya Salzburq şəhərində S.İ.P.S.-də (Salzburq İnternational Properity School), 1995- 2000-ci ildə isə Azərbaycan Universitetinin nəzdində olan İngilis dili gimnaziyasında təhsil alıb. 2000-ci ildə Türkiyə Ankara Polis Akademiyasına qəbul olub və 2005-ci ildə həmin Akademiyanı bitirib. 2006-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıralarına qəbul olunaraq 2008-ci ilədək Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində, 2008-2009-cu illər ərzində Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvəkkili vəzifəsində xidmət edib. 2009-2011-ci illər ərzində “ATEF Şirkətlər Qrupu” MMC-də İdarə Heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıb. 2011-2014-cü illər ərzində Suraxanı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2014-cü ildən isə hazırki vaxta qədər “ATEF Şirkətlər Qrupu” MMC-də idarə heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıb.

Deputatlıq platforması barədə danışan Azər Əlixanbəyov qeyd etdi ki, sizin səsinizlə deputat seçiləcəyim təqdirdə bu kimi vacib məsələlərin həlli naminə var qüvvəmlə çalışacağıma söz verirəm. Azərbaycanın daha böyük inkişafı üçün qanunvericilik bazasının formalaşmasına, ölkə iqtisadiyyatının dinamik inkişafı naminə sahibkarlara dəstəyin göstərilməsinə, gələcəyimizin təminatçısı olan gənclərin təhsilinin yüksəldilməsinə, konstitusiyamıza uyğun olaraq vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, ordumuzun durmadan gücləndirilməsi yolunda vətənpərvər insan olaraq çalışacam. Seçicilərimlə mütəmadi olaraq görüşlər keçirərək onların təklif və fikirlərini dinləyəcəm.

Qəsəbələrin sakinləri Azər Əlixanbəyovu yaxından tanıdıqlarını, onun fəaliyyəti barədə ətraflı məlumatları olduqlarını bildirməklə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yekdilliklə iştirak etməklə ona səs verəcəklərini bildirdilər.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO