Siyasi 23.01.2020 16:45

Ruhumu titrədən kənd – Möhsüm Aslanovun seçicilərlə görüşü - FOTO

Bu il fevralın 9-da keçriləcək Milli Məclisə seçkilər üzrə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanov dəyərli seçiciləri ilə görüşlərini davam etdirir.

Rakus.az xəbər verir ki, Möhsüm Aslanovun növbəti görüşü Göygöl rayonunun Şəhriyar kəndində baş tutub.

Ruhumu titrədən kənd!

Bu söz deputatlığa namizəd Mövsüm Aslanova aiddir. O deyir: “Seçicilərlə görüşmək üçün Göygöl rayonunun Şəhriyar kəndinə üz tutanda içimdə boğduğum qəhər dizlərimi titrədirdi. Çünki,1988-ci ildə doğma yurd yerlərimizdən didərgin düşəndə bizə ilk qucağını açan bu kənd qarşısında illərdi özümü borclu hesab edirəm. O vaxt bu kəndə nənəli-babalı, analı-atalı bütöv gəlmişdik. İndi də xatirəmdə o kadrlar bitkin və bütöv qalıb. Hər dəfə bu kəndə gələndə gözüm onların son dəfə Göyçədən ayaqqabilarında gətirdiklıri bir ovuc torpağı axtarır. O torpaq ki, indi hardasa Şəhriyar kəndinin torpağına qarışıb. O torpaq ki, indi həsrəti içimizi şəhid edir… ”

Bu düşüncələrlə Şəhriyar kəndində ilk qapısını açdığım 1994-cü ilin aprelin 24-də şəhid olmuş Mehdiyev Vahidin ata-baba evi oldu. Şəhid anası Gülbahar nənə ilə görüşüm heç zaman xarirəmdən silinməyəcək. Yataq xəstəsi olan Gülbahar nənə dərdlərindən, xəstəliyindən danışdı, oğul həsrətinin ağır olduğunu bildirdi. Söylədi ki, ay bala, əlbət oğullar Vətən üçün doğulur, şəhid anası olmaq isə hər anaya qismət olmur Bizim umacağımız nədi ki, diqqət, məhəbbət!. “Gedin, Allahın diqqəti, məhəbbəti üstünüzdə olsun. Deputat olsan kəndimizə su çəkdirərsən, camahat da səndən razı qalar” – deyib gözlərini yenidən şəhid balasının ucaldığı Tanrı məqamına dikdi!..

Şəhid anasının bu sözü, gizlətməyə cəhd etsəm də gözlərimdə iki damla suya çevrildi… Şəhriyar kəndinin mərkəzindəki görüşdə isə növbəti şəhid anası uşaqlıqdan bir yerdə böyüdüyüm Əminə bacımız oldu .”Saçına bacın qurban nə tez belə ağartmısan deyib, içindəki övlad ağrısını Göyçəli günlərimizin xöş xatirələrini bölüşməklə ovudurmağa çalışdı.Bir anlığa hansı məsuliyyətin altına girməyimin ağırlığını hiss etdim. İlahi, görəsən şəhid balasını ağlamaqdan səsi batmış Anadan mənə səs ver deməyə nə qədər mənəvi haqqımız çatır ?!.. Ətrafda danışılanları artıq eşitmirdim. Hər iki şəhid anasının içərisində çəkdiyi övlad harayı onların səsini, mənim isə qulaqlarımı batırmışdı!… Bir anlıq demək istədimki, Siz ey Şəhid Anaları, neçəki, torpaqlarımız düşmən tapdağından azad olunmayıb, səsvermə məntəqələrinə gəlməyiniz belə bizə halal deyil. Bizə səs verməyin, çünki Azərbaycanın qulağı batar!

Əziz Şəhid anaları, qarşınızda baş əyirəm… Hələlik bu baş qarşınızda dik dura bilməz…”

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO