Gündəm 24.01.2020 19:07

Əli Əsədov nazirləri toplayıb müşavirə keçirdi

Yanvarın 24-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

Rakus.az xəbər verir ki, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.

Baş Nazir Əli Əsədov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırıldı ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.

İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd etdi ki, dövlətimizin başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış etdi. Sığortanın 3 əsas sosial-iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirdi ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğuladı və təkliflərlə çıxış etdi.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirdi və bu istiqamətdə də tədbirlərin görüləcəyini dedi. Avtomobil və əmlak sığortalarından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin gündəmdə olduğunu vurğuladı.

Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd etdi ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır. Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il “Aqrar sığorta haqqında” Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək. Nazir ilk aqrar sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğuladı.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sığortanın tətbiqi” adlı təqdimatı nümayiş olundu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O, həmçinin qeyd etdi ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, bu işdə vətəndaşları daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.

Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydər isə vurğuladı ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.

Ədliyyə nazirinin müavini Azər Cəfərov dedi ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.

“ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev, FHN-in müavini Rafael Mirzəyev və digərləri çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq, Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların da icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.

Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirdi.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO