Vətəndaşların təxliyyəsi gecə ərzində davam etdi
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.
Rakus.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.
Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər. (report.az)