İqtisadi qloballaşma, yoxsa əks-qlobal hadisələr? – TƏHLİL - FOTO
Ötən əsrin 60-cı illərində Boyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış Alek Duqlas-Xyuk qeyd edirdi ki: “siyasi probləmlər həll olunmazdır, iqtisadi problemlər isə alçatmazdır…”
Əgər bu gün Dünyada baş verən siyasi problemlər ciddi şəkildə cərəyan edirsə, bu problemlərin əsnasında yarana biləcək iqtisadir problemlər daha ciddi məcrada yer ala bilər…!
Baş verən və baş verə biləcək siyası, elmi və iqtisadi cərəyan və hadisələr özlüyündə qloballaşmanın transmissiyasını təşkil edir ki, bu da nəticə etibarı ilə regionlaşdırma, və ən əsası isə transmilli münasibətlərin formalaşmasını təmin edir. Və, və ən əsası da qloballaşma iqtisadi nəzəri cəhətdən geniş miqyaslı beynəlxalq ticarətin geniş vüsətdə inkişafını təşkil edir.
BVF-nun icraçı direktoru Kristin Laqardın proqnozlarına görə, 2020-ci il də artımla müşahidə ediləcəkdir. Belə ki, iqtisadi qloballaşmanın dərinləşməsi nəticəsində 3-5%-lik artım mütləq haldır. Baxmayaraq ki, bir tərəfdə müharibələr, digər tərəfdə çaxnaşmalar, hansısa bölgədə fərqli və mürəkkəb həyat tərzi, yenə də mütləq hal olaraq beynəlxalq iqtisadi münasibətlər qloballaşmanın əsasını təşkil edərək pozitiv meyarları müşahidə etməyə imkan verəcək.
Lakin burada nəzərə almaq lazımdır ki, gözlənilən iqtisadi artım maliyyə resurslarının və maliyyə alətlərindən düzgün istifadəni təşkil etməlidir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə proqnozlaşdırılan inflyasiyanın göstəricilərini qoruyub saxlamaq üçün reqlamentləşdirilmiş fiskal siyasət daha dəqiq hesablanmalıdır, və maliyyə-vergi siyasəti həmin ölkələrdə daha prioritet məsələ hesab edilməlidir. Bura həmçinin daxildir, həmin ölkələrin xarici borcları, iqtisadi dayanıqlıq, gözlənilən iqtisadi artımın balanslaşdırılması, daxili və xarici gəlirlərin mobilləşdirilməsi, investisiya proqramlarının düzgün reallaşdırılması, ticarət inteqrasiyasının stimullaşdırılması və digər prioritet məsələlər kimi hesab edilməlidir.
Unutmayaq ki, iqtisadi qloballaşmanın əsasını eyni zamanda da, innovativ dinamika, ətraf mühitin mühafizəsi, sosial problemlər və bu kimi aqreqatorlar təşkil edir. Rusiyanın İqtisadi Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutu yaxın 15 ildə qloballaşmanın düzgün reqlamentləşdirilməsi nəticəsində 3-7 fazilik artımı proqnozlaşdırır, və əsaslandırır ki, inkişaf etməkdə olan ölkələrin düzgün iqtisadi mexanizmi digər inkişaf etməkdə olan ölkələrin də iqtisadiyyatına müsbat şəkildə “kölgə” salmış olacaq.
İqtisadçıların bəzən işlətdiyi bir yanaşma vardır: əgər gün saçırsa, o zaman dam örtüyünü təmir etmə vaxtı çatmışdır demekdır… Bu, ona dəlalət edir ki, baş verən iqtisadi və siyasi problemlərdən qorunmağın alətləri istənilən inkişaf etməkdə olan ölkənin əsas predmeti olmalıdır.
Ekspertlərin hesablamalarına görə, bu il Çin və Hindistan kimi ölkələrin inkişafə daha yüksək templlə müşahidə olunacaqdır. Belə ki, bu tipli ölkələr də, yetərincə mövcüd olan işçi qüvvəsi yeni inteqrativ əlaqələtin inkişafına səbəb olmuş olacaqdır. Digər bir tərəfdən, baxmayaraq ki, Dünya əhalisinin artım tempi biraz da aşağı düşə bilər, bu əsas deyildir ki, telekommunikativ əlaqələr inkişaf etməmiş olsun. Və, bu əsasdır ki, trasnsərhəd siyasətinin düzgün qurulması müsbət kontekstdə iqtisadi qloballaşmanın əsasını təşkil edəcək.
Proqnozlara görə, dünya əhalisinin 48.8% 2020-ci ildə ÜDM-in orta hesabla 10 min ABŞ dolları həcmində gəliri olan ölkələrdə yaşayacaqdır. Bunun da başlıca akseleratoru düzgün qurulmuş innovativ və telekomunnikativ əlaqələrin nəticəsi olacaqdır. 2005-ci ildə isə bu rəqəm 23.5% təşkil edir. Və müqayisəyə diqqət yetirsək, görərik ki, istənilən bir məcrada iqtisadi artım və müsbət qloballaşma qaçılmazdır.
2020-ci ildə əsas etibarı ilə yüksək texnologiyalar üzrə məhsulların inteqrasiyası dünya ticarətinin 60-70%-ni təşkil edəcək, belə ki, ümumi bu sahədə qarşılaşacağımız ümumi artımın 20%-i Çin, 45%-i digər Asiya ölkələri, 28%-i isə ABŞ-ın payına düşəcəkdir.
Ümid edək ki, iqtisadi qloballaşma bizim də ölkəmiz üçün daha da impulsativ yanaşmada qərar verəcəkdir, və ölkəmizin dinamik iqtisadi inkişafınında daha da müsbət təsirini təzahür edəcəkdir. Cünki, Azərbaycan iqtisadiyyatında davam edən liberallaşdırma, innovativ kurs, düzgün investisiya proqramları buna pozitiv təsirini göstərməkdədir.
Qafar Əliyev – iqtisadçı ekspert