Gündəm 28.01.2020 09:59

FHN sürüşmə sahəsində görüləcək işləri açıqladı

“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir. Orada sürüşməyə əsas səbəb sudur. Yağış yağdı, su kütləsi artdı və bununla da yamac hərəkətə gəldi. Yuxarıdakı quyular vasitəsilə sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq”.

Rakus.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib. O bildirib ki, artıq 6 quyu işləyir, 1-2 günə isə 5 quyu da aktivləşdiriləcək: “Bununla vəziyyət stabilləşəcək. Badamdarda hələ kanalizasiya  sistemi yeni inşa edilir. Həmin ərazidə yaşayış evlərinin kanalizasiya sistemi yoxdur. Bu evlərə müvəqqəti kanalizasiya çəkməliyik. Bundan sonra işlər davam etdiriləcək”.

Şöbə müdirinin sözlərinə görə, martın əvvəlində yuxarıda suqəbuledici quyunun qazılmasına başlanılacaq: “Quyunu daxildən bərkitmək üçün metal lövhələr lazımdır, bunlar da Yaponiyada istehsal olunur. Onlar gətirildikdən sonra quyular qazılıb divarları bərkidiləcək ki, heç bir hadisə baş verməsin. Bundan sonra başladığımız işləri daha intensiv şəkildə həyata keçirəcəyik. Terraslar yaradılacaq, sonra aşağı hissədən artıq kütləni hissə-hissə çıxardıb yerlərini düzəldəcəyik. Daxildə xırda işlər isə çoxdur”.

Rzayev qeyd edib ki, təxminən yayın sonuna ərazidə işlər tam yekunlaşacaq: “Üç quyu qazılacaq və onların hər birinə ən az bir ay vaxt lazımdır. Quyular qazılarkən digər işlər də davam etdiriləcək. Martda quyuların qazılmasına başlanılsa, yayın axırına işlər tamamlanmalıdır. Yuxarı hissədə diametri 3.5 metr, dərinliyi isə 30 metr olan quyular qazılacaq. Quyuların daxilinə texnika – qazma aqreqatı qoyulacaq. Quyunun içindən 50 metruzunluğunda filtrlər çəkiləcək. Filtrlərə su daxil olub oradan quyuya axacaq. Çəkiləcək xətt vasitəsilə su kollektora gedəcək”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO