Təbriz Quliyev seçiciləri ilə görüşdü, seçki platformasını açıqladı - FOTO
Bu il fevral;n 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülən Təbriz Quliyev seçiciləri ilə görüşüb.
Rakus.az xəbər verir ki, Sabunçu rayonu Ramana-450 qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində təşkil olunan görüşdə müəllimlər, ziyalılar, dövlət qulluqçuları və digər şəxslər iştirak ediblər.
Təbriz Quliyev seçki platformasını açıqlayıb və seçiləcəyi təqdirdə görəcəyi işləri diqqətə çatdırıb.
O, vətəndaşların problemləri ilə daim maraqlanacağını və həmin problemlərin həlli üçün çalışacağını vurğulayıb.
Görüşdə T. Quliyev seçiciləri narahat edən problemləri də dinləyib və onların suallarını cavablandırıb.