MSK növbəti dəfə iclas keçirdi
Yanvarın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Rakus.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Komissiyanın 2020-ci il 21 yanvar tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar verilib.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.