Polşanın yeni səfiri Azərbaycana gəldi
Polşanın yeni təyin olunan səfiri Azərbaycan gəlib.
Rakus.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.
“Səfir Rafal Poborski Azərbaycanda diplomatik fəaliyyətinə başlayır”, – deyə bildirilib.
Bildirilib ki, polşalı diplomat Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin forması və dinamikasının artırılması imkanları barədə müzakirə aparılıb.
Xatırladaq ki, Rafal Poborski iyul ayında Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edib. Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.