Gündəm 03.02.2020 19:14

YENİLƏNDİ: İlham Əliyev “Heydər Əliyev” ordenini Polad Bülbüloğluna təqdim etdi - FOTO

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

Rakus.az xəbər verir ki, Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Polad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmısınız. Həmişə cavan, həmişə gümrah, enerjili fəaliyyət göstərirsiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdəsiniz ki, ancaq özünüz bəslədiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz. Təsadüfi deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmısınız. Siz Sovet İttifaqının hər bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə qarşılanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.

Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmısınız. Ailə tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə əlbəttə ki, sizə çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən sizi yaxından tanıyan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömür boyu sənətdə, həyatda və siyasətdə atanızın adına layiq fəaliyyət göstərmisiniz. Siz fəaliyyət başlayan gündən Polad Bülbüloğlu kimi özünüzü təqdim etmisiniz, bu da böyük məsuliyyətdir. Çünki siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar əldə etmisiniz.

Eyni zamanda, dövlət xidmətində böyük nailiyyətləriniz olubdur, bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüsünüz. Allaha şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımız da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrdə bizim maliyyə imkanlarımız yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dayanmışdı ki, bəzi hallarda mədəniyyətə vəsait çatmırdı. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.

Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var.

Yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə böyük diqqət göstərirdi. Zərifə xanım da həmişə sizə diqqət göstərirdi. Siz bizim evimizdə dəfələrlə olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki, tanıyırıq. Siz bizim üçün – valideynlərim və mənim üçün həmişə çox doğma adam olmusunuz. Ona görə xüsusi qeyd etməliyəm ki, bu gün – yubiley ərəfəsində sizinlə görüşmək, sizi təbrik etmək mənim üçün çox xoşdur. Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Siz Azərbaycanın bir neçə mötəbər mükafatı ilə təltif olunmusunuz. Ancaq bu mükafatların arasında ən ali mükafat, ən ali orden “Heydər Əliyev” ordenidir. Mənim Sərəncamımla siz bu gün “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

X X X

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Polad Bülbüloğluna təqdim etdi.

X X X

Polad Bülbüloğlu: Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, – qədim Bakı da saxlanılıb, – görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Polad Bülbüloğlu: Siz deyən sözlər də, Vallah, tarixi sözlərdir. Bu, mənim üçün çox xoşdur. Siz bununla mənim 75 illik yubileyimə, bütün bu illər ərzində zəhmətimə böyük qiymət vermisiniz. Mənim üçün danışmaq çox çətindir. Çox sağ olun. Minnətdaram.

Prezident İlham Əliyev: Çox sağ olun.

17:14

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO