Gündəm 05.02.2020 10:13

ETSN anomal hava ilə bağlı məlumat yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva ölkə ərazisindəki anomal isti hava şəraitini şərh edib.

Rakus.az xəbər verir ki, U. Tağıyeva bildirib ki, hazırda sadəcə otuz il öncə alimlərin xəbərdarlıq etdikləri hadisələr baş verir: “Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidləriyik. El deyimi ilə qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi temperatur müşahidə edilməyib. İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək sorurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu, nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək? Bu sualın birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də qeyd edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu, əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər. Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək”.

Tağıyeva deyib ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə olsa da respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq: “Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda güclü şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacaqdıq ki, istənilən hava gözlənilməz olmasın”. (apa.az)

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO