Siyasi 08.02.2020 02:23

Zamirə Hacıyevanın əmlakı müsadirə olunacaqmı?

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədrinin həyat yoldaşının Britaniyada sərvətinin mənbəyini açmaqla bağlı məhkəmə qərarından verdiyi şikayət təmin olunmayıb.

Rakus.az xəbər verir ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın on il ərzində Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt sterlinq (20 milyon 825 min 300 dollar) xərclədiyi bildirilir və o, Britaniyada İzaholunmaz Sərvət Sərəncamının (İSS) ilk hədəfinə çevrilib.

Cahangir Hacıyev hazırda mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamları ilə uzunmüddətli həbs cəzası çəkir.

İSS ilk dəfə 2018-ci ilin yanvarında qüvvəyə minib, daha bir adı “McMafiya qanunları” idi. Hacıyeva bu sərəncamların ilk hədəfi oldu.

Fevralın 5-də London Apellyasiya Məhkəməsi 56 yaşlı Hacıyevanın apellyasiya şikayətini rədd edib. Sərəncam onun 2009-cu ildə Londonun Naytsbric rayonunda 11,6 milyon funt-sterlinqə (15 milyon dollar) alınmış malikanəsi və 2013-cü ildə Berkşirdə 10,5 milyon funt-sterlinq (13,5 milyon dollardan artıq) vəsaitə alınmış qolf mərkəzinə qarşı qaldırılıb.

Hacıyeva məhkəməni inandırmağa çalışıb ki, həyat yoldaşının Azərbaycanda məhkumluğunun onun İSS-nın hədəfinə çevrilməsində rolu olub. Məhkəmə bu arqumenti rədd edib.

Qanunla Hacıyeva yeddi gün ərzində Milli Cinayət Agentliyinə bu mülkləri necə əldə etməsi, eləcə də səxavətli xərcləmələrini izah etməlidir.

Pulunun mənbəyini izah edə bilməsə, agentlik onun əmlakını müsadirə edə bilər, qanunvericilikdə belə deyilir.

Zamirə Hacıyeva 2010-cu ilin iyunundan Böyük Britaniyada yaşayır. Britaniya hökumətinin İzahedilməz Sərvət Sərəncamları hər il Londonda milyonlarla funt-sterlinqin yuyulmasına qarşı mübarizə alətidir.

2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası çəkirdi. Ötən ilin il sentyabrın 15-də ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO