Təhsil Nazirliyindən hava ilə bağlı AÇIQLAMA verildi
Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.
Rakus.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:
“Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə də həmin gün məktəblərdə dərslər adi günlərdə olduğu kimi keçiriləcək”.
Qeyd edək ki, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir.
Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur. (trend.az)