Məzahir Pənahov mətbuat konfransı keçirdi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında seçklərlə bağlı ətraflı məlumat verib.
Rakus.az xəbər verir ki, MSK sədri Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayını açıqlayıb. Onun sözlərinə görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.
Məzahir Pənahov bldirib ki, seçkilərdə 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərdə 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınan namizədlərdən 246-sı partiya xətti, 1057-si öz təşəbbüsü, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
MSK sədrinin sölərinə görə, qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.
Mərkəzi Seçki Komissiyasına 25 namizədliyin qeydə alınması ilə bağlı müraciət olub. Məzahir Pənahov bldirib ki, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyi MSK tərəfindən bərpa edilib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.
Parlament seçkilərini 132 xarici kütləvi informasiya vasitəsindən 196 təmsilçi işıqlandıracaq. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. MSK sədri qeyd edib ki, buraya ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri daxildir.
Azərbaycanda parlament seçkilərində 6189 nəfər ilk dəfə səs verəcək. MSK sədri deyib ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.
99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.