Vəkil açıqlama verdi: 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsində saxtakarlıq var - VİDEO
101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsində ciddi saxtakarlıqlar müşahidə olunmaqdadır.
Rakus.az xəbər verir ki, bu haqda Mohsum Aslanov facebook səhifəsində paylaşım edib.
Seçki Məntəqələrində məntəqə işçiləri seçiciləri deputatlığa namizəd Elşad Mirbəşir oğluna səs verməyə məcbur edirlər. Müəllim və digər strukturlarda çalışan dövlət qulluqçuları məntəqə müdirləri tərəfindən Elşad Mirbəşir oğluna səs verməzlərsə, işdən çıxarılmaqla hədələnirlər. Vəkil Əliyev Zeynalabdinin verdiyi məlumata görə, yeni alınmış şəxsiyyət
vəsiqələrinin oxunmasında müşahidəçinin faktla tanış olmasına imkan yaratmırlar. Vəkil İqbal Əliyevin verdiyi məlumata görə isə 6 saylı seçki məntəqəsində də neqativ hallar müşahidə olunur. Məntəqə işçiləri bülletəndə barmaqları ilə işarə edərək Elşad Mirbəşir oğluna səs verməyə göstəriş verirlər. Bu barədə Dayrə Seçki Komissiyasına məlumat verilib.