“EU Politics” nəşri seçkilərlə bağlı məlumat yerləşdirdi
“EU Politics” xəbər nəşri bazar günü Azərbaycanda keçirilən parlament seçkiləri barədə material dərc edib. (bax.: https://eu-politics.jimdofree.com/promoted-content/elections-in-azerbaijan-2020-02-09).
Rakus.az xəbər verir ki, məlumatda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamından danışılır.
Müəllif qeyd edir ki, bu qərardan məqsəd Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan əsaslı sosial-siyasi islahatlara əlavə stimulun verilməsidir.
Məqalədə avropalı oxuculara ötən seçkilər üzrə bəzi statistika təqdim edilir: 5573 seçki məntəqəsi, parlamentdə 125 yer, 41 dövlətdən 358 müşahidəçi.
Materialda qeyd olunur ki, müşahidəçilərin əksəriyyəti keçirilən seçkilərin demokratik, azad və şəffaf olduğunu təsdiq ediblər.