Deputatlığa namizəd MSK qarşında aksiya keçirir - FOTO
Milli Məclisə seçkilər üzrə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova Mərkəzi Seçki Komissiyasının binası qarşında seçki saxtakarlığına etiraz olaraq aksiya keçirir.
Rakus.az xəbər verir ki, deputatlığa namizəd üzünü Mərkəzi Seçki Komissiyasının üzvlərinin oturduğu binaya tutaraq uca səslə “Şeytan karuselə cavab ver! Saxtakarlığa son!” şüarları səsləndirib.
“Bunlar saxtakarlıq ediblər. Karuselin, saxtakarlıqların çoxsaylı video görüntüləri var. Deputatlığa namizədlərin üç gün şikayət etmək hüququ var. Mərkəzi Seçki Komissiyası şikayətləri araşdırmadan tələsik 125 dairə üzrə adamların adını açılqlayıb. 10 saylı Buinəqədi Üçüncü Seçki Dairəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturaq aksiya keçirəcəm. Heç yerə getməyəcəm. Şikayətlərə baxmadan saxtakarlıqla keçirilən seçkidə istədiklərini deputat elan ediblər.”
Onun sözlərinə görə, 10 saylı seçki dairəsindən təyin edilmiş deputat 30 ildir Milli Məclidə kreslonu zəbt edib.
“O heç deputat kimi də heç bir iş görməyib. 10-cu seçki darəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturacam,” Rəbiyyə Məmmədova bildirib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə 10 saylı seçki dairəsindən keçmiş deputat Madər Musayev irəlidə gedir.
Məmmədovanın aksiyasına digər deputatlığa namizədlər də qoşulmaqdadır. Müsavat Partiyasının üzvü olan digər bir deputatlığa namizəd Elman Quliyev də ona qoşulub.
Artıq Mərkəzi Seçki Komissiyasının qarşısına polislər gəlib. Amma hələ aksiyaya mane olmurlar.
Artıq aksiya iştirakçıların sayı 4 nəfərə çatıb. (Amerikanın səsi)