Paşinyan bütün parametrlərə görə İlham Əliyevə məğlub olub – TƏHLİL
Münhendə Dağlıq Qarabağla bağlı keçirilən debatlarda çıxış edən Ermənistan baş naziri Nikol Paşinyanın rabitəsiz, yalan, təmkinsiz və tarixi əsasları olmayan nitqi erməniləri də hiddətləndirib. Öz ölkəsinin sakinləri belə Azərbaycan prezidenti İlham Əliyevin tarixi çıxışı qarşısında aciz qalan Paşinyanı təhqid etməyə başlayıb. Ölkə ictimaiyyəti də onun danışığından sonra özündən çıxıb.
Rakus.az xəbər verir ki, populyar erməni müğənni, şairə Anna Honver deyib: “Nikol Paşinyan, əgər evdə oturanlar sənə desələr ki, çıxışın möhtəşəm idi onlara inanma. Reallıqdan uzaqlaşma və bil ki sən sıfırsan, heçnəsən!”
O, utancından yerin dibinə girməyə hazır olduğunu, başının önə əyildiyini qeyd edib.
Baş naziri kəskin tənqid edənlərdən biri də yazıçı Anna Terkott- Astvatsaturyandır. O, özünün sosial şəbəkədəki səhifəsində erməni “lider”in məğlubiyyətini onun kütbeyinliyi ilə bağlayıb. Onun sözlərinə görə, məhz Paşinyanın tarix haqqında məlumatsızlığı, siyasi diskussiyaya hazır olmaması həm onu, həm də bütün Ermənistanı gülünc vəziyyətə qoyub.
Yazıçı qeyd edib ki, Paşinyan bütün parametrlərə görə Azərbayacan Prezidenti İlham Əliyevə məğlub olub. “Ar oslun”.