“Qalatasaray” qələbə qazandı
Türkiyə Super Liqasının 23-cü turunda İstanbul derbisi keçirilib.
Rakus.az xəbər verir ki, “Fənərbaxça” əzəli rəqibi “Qalatasaray”ı qəbul edib və 1:3 hesabı ilə uduzub. Bu, iki komanda arasında 391-ci görüş olub. “Qalatasaray” bununla da 1999-cu ildən sonra səfərdə məğub edə bilmədiyi rəqibinə bu dəfə qalib gəlməyi bacarıb.
“Fənərbaxça” – “Qalatasaray” – 1:3
Qollar: Kruze, 21-pen (1:0), Donk, 40 (1:1), Falkao, 80-pen (1:2), Onyekuru, 90+3 (1:3)
Qırmızı vərəqələr: Deniz Turuc, 84 (“Fənərbaxça”), Belhand, 84 (“Qalatasaray”)
Bu qələbə ilə xalını 45-ə yüksəldən “Cim-Bom” lider “Trabzonspor” və “Sivasspor”la xallarını bərabərləşdirib. Əlavə göstəricələrə əsasən, “Qalatasaray” 2-ci, “Sivasspor” 3-cüdür.”Fənərbaxça” isə 38 xalla 6-cı pillədə qalıb. (qol.az)