“Güzəştli ticarət sazişi” imzalanacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük rəsmi səfəri çərçivəsində 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrükdən azad olma və gömrük güzəştləri nəzərdə tutan “Güzəştli ticarət sazişi”ni imzalanması nəzərdə tutulur.
Rakus.az xəbər verir ki, bu saziş ilə iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılması mümkündür.
Rəsmi səfər zamanı Suriya məsələsi və İdlib böhranı, ortaq enerji layihələri, regionda yayılan koronavirus əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, görüşlərdə ticarət, müdafiə, enerji, idman sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün iki ölkə arasında doqquz ayrı sazişin imzalanması planlaşdırılır.
Məlumatda qeyd olunur ki, R.Ərdoğanın həm Azərbaycan, həm də Türkiyə iş adamlarını qarşılıqlı sərmayələri artırmağa çağıracağı gözlənilir. (Report)