Buraxılış imtahanları keçirilir – IX sinif üzrə
Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.
Rakus.az xəbər verir ki, ümumilikdə 39 966 (Bak şəhəri Yasamal rayonunda 2 980, Binəqədi rayonunda 4 508, Səbail rayonunda 1 658, Xətai rayonunda 3 929, Xəzər rayonunda 3 275, Nərimanov rayonunda 2 907, Suraxanı rayonunda 3 181, Sabunçu rayonunda 5 165, Nəsimi rayonunda 2 571, Qaradağ rayonunda 2 307, Nizami rayonunda 2 492, Pirallahı rayonunda 420, Naxçıvan Muxtar Respublikasında 3 536, Şirvan şəhərində 1 037) nəfər IX sinif şagirdinin imtahan verməsi nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. Həmçinin imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan binası, 87 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 3 145 nəzarətçi müəllim, 268 buraxılışı təşkil edən əməkdaş, 87 bina nümayəndəsi ayrılıb.