İdman 02.03.2020 17:02

Qarabağ” xal itirəndə işçilərimiz təskinlik tapır – Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin ölkə çempionatının son oyunları ilə bağlı müsahibəsi.

– Premyer Liqamızın oyunlarını izləyə bilirsinizmi?

– Əlbəttə, mən çempionatı keçirən qurumun rəhbəri kimi oyunları izləməliyəm. Ən tez işdən çıxanda saat 9 olur. Kabinetimdə televiziya vasitəsilə bütün oyunları izləyirəm. Hər şeyi görürəm, hər şeydən məlumatım var.

– Ümumiyyətlə, axır vaxtlar sizi stadionlarda az-az görürük.

– Səhhətimlə əlaqədar stadionlara gedə bilmirdim. Müəyyən problemlərim var idi. Yavaş-yavaş düzəlir. Düzdür, müalicə davam edir, amma tezliklə yenidən oyunlara gedəcəyəm.

– Sizə görə, çempionat necə keçir?

– Son turda “Qarabağ”ın “Sabah”la heç-heçə oynaması, dünən “Neftçi” ilə “Səbail”in 1:1 oynaması çempionatın maraqlı keçməsindən xəbər verir.

– Ancaq lider “Qarabağ”la ən yaxın izləyicisi “Neftçi” arasında 8 xallıq fərq var. Bu, marağı azaltmır?

– Deməzdim. Çünki 8 xal o qədər də böyük xal deyil. Dünyanın çox yerində belə şeylər olur. Tək bizdə belə deyil. Sözsüz ki, biz də istərdik ki, hər şey başqa cür olsun. Hətta “Qarabağ” xal itirəndə bizim işçilərimiz hardasa təskinlik tapırlar. Çünki liderlər xal itirəndə çempionat maraqlı olur. Mənim bu sözümü oxucularımız və sizin həmkarlarınız başqa yerə yozmasınlar. Çünki səbəbini dedim. Ümumi götürəndə, məncə, pis deyil. İnanıram ki, gələn il daha maraqlı olacaq. Çünki komanda sayı artmalıdır.

– Bir neçə ildir Premyer Liqada komanda sayı artacağı deyilir, ancaq sonda bunun şahidi olmuruq.

– 100 faiz artacaq. Komanda sayı artanda gərginlik də çoxalacaq. Oyunları sayı da artacaq

– Son zamanlar yenə hakimlikdə narazılıq artıb. Elə “Sabah”la oyunda “Qarabağ”ın təmiz qolu qeydə alınmadı. Bu barədə nə düşünürsünüz?

– “Qarabağ”ın oyunundakı epizodlara baxdım. Deyirlər, iki penalti verilməyib. Ancaq mən orada penalti görmürəm. Düzgür, qol təmiz qol idi. Bu da məncə, baş hakimin gəncliyindəndir. Əgər referi peşəkar oslaydı, cavabdehliyi üzərinə götürüb, qolu saya bilərdi. Onun gəncliyini nəzərə alsaq, hakimdən qərəz güdmək olmaz. Bilirsiniz ki, son zamanlar oyunların çoxu gənc hakimlərə verilir. Onlar da səhv edə-edə hakim olurlar. Səhvsiz hakim olmur. Düzdür, oyunçuların haqqı itir, əziyyət çəkirlər, məşqçi əsəbləşir. Bu gün “Qarabağ”ın o xala ehtiyacı olmasa da, ola bilər ki, çempionatın sonunda ehtiyacı olsun. Ancaq söhbət hakimlikdən gedirsə, mən inanmıram ki, burada qərəz var.

– Son hakim səvlərindən sonra Hakimlər Komitəsinə tövsiyələriniz olub?

– Bizim çempionatı keçirən departamentin sədri var – Elgiz Abbasov. O, Hakimlər Komitəsinin sədri ilə tez-tez görüşür, söhbətlər olur. Lazım olanda görüntülər tələb olunur.

– Milli komandamıza baş məşqçi seçimi aparılır. Sizcə, indiki vaxt milli komanda yerli məşqçiyə tapşırılmalıdır, yoxsa əcnəbi?

– Mən həmişə sözümü demişəm. Əgər biz bu gün millimizdən nəticə gözləyiriksə, səhv edirik. Çünki nəticə verə bilən oyunçularımızın sayı çox azdır. Bunun günahını da futbolsevərlərimiz AFFA və PFL rəhbərlərində görürlər. Bu da düzgün deyil. Heç klublarla maraqlanan yoxdur ki, ay klub, hanı yetişdirdiyin oyunçular? Hər şeyi AFFA-nın, PFL-in üstünə atmaq olmaz.

– Yəni problemin futbolçularda olduğunu, baş məşqçinin yerli və ya əcnəbi olmasının fərq etmədiyini deyirsiniz?

– Bəli. Hər kim olsa, ona şans verilməlidir. Nəinki AFFA rəhbərliyindən, elə azarkeşlər tərəfindən də. Yeni məşqçi 2-3 il komandanın, çempionatın içində olmalıdır. “Səbail”, “Sabah”, “Neftçi” və “Qarabağ”da yaxşı yerli futbolçularımız var. Ancaq sayladır. Bu gün yerli hücumçularımız zəifdir. Qapıçı məsələsinə gələndə, bir tək Emil Balayevlə olmaz ki. Bəs Balayev zədələnsə, onu kim əvəz edəcək? Yəni bir futbolçu ilə olmaz. Gərək hər mövqedə bir neçə yaxşı futbolçumuz olsun ki, rəqabət olsun. Rəqabət olmasa, mübarizə olmayacaq. Ona görə də yeni məşqçi daima çempionatı izləməlidir. Demək olar ki, bütün klublarımızda yaxşı yerli oyunçular var. Sadəcə, onları seçmək lazımdır. Bunu da tək baş məşqçi etməməlidir. Köməkçi məşçqilər də var. Onlar da oyunları izləməlidir. Oyunçuların potensialını görə bilən məşqçi lazımdır.
“Neftçi”də işlədiyim üçün həmişə İslam Kərimovu misal çəkirəm. O, bəzən bölgələrdən elə bir futbolçu tapıb gətirirdi ki, həqiqətən sonradan nəticə verirdi. Bunların hamısı şərtlərdir.

Ramiq AĞAMƏMMƏDOV (qol.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS