Rakus.az xəbər verir ki, sərəncama əsasən, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon (səkkiz milyon bir yüz doxsan min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti nə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.