Siyasi 04.03.2020 19:35

Polad Bülbüloğlu Rusiya Baş prokuroruna sərt müraciət göndərdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın Baş prokuroruna müraciət edib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, “Tsarqrad TV” informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu “Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır” adlı məqalədə 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın baş prokuroru İqor Krasnova və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidmətinin rəhbəri Aleksandr Jarova səfirin imzası ilə məktublar göndərib.

Müraciətdə Azərbaycan tərəfinin qəti etirazı ifadə edilib və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılıb:

“Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və bu faciəvi hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi və hüquqi qiymət verildiyi, 20 Yanvarın “Ümumxalq hüzn günü” elan olunduğu bildirilib. Müraciətdə yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, eləcə də digər Rusiya rəsmilərinin “Şəhidlər Xiyabanı” memorial kompleksini ziyarət etdikləri və abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdikləri vurğulanıb. Bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır”.

Səfirlikdən bildiriblər ki, yuxarıda göstərilənləri nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 27 iyul 2006-cı il tarixli “İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında” Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulduğuna görə müvafiq yoxlamanın aparılmasını xahiş edib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS