Siyasi 04.03.2020 18:29

Namizədlərin bəyanatı: seçkilərin nəticələri ləğv olunmalıdır

Milli Məclisə seçkilərdə iştirak edən 236 deputatlığa namizəd Konstitusiya Məhkəməsinə və Prezident Administrasiyasına bəyanat ünvanlayıb.

Rakus.az xəbər verir ki, bəyanatı imzalayan namizədlər 9 fevral seçkilərinin saxtalaşdırılmasını iddia edərək, seçkilərin nəticələrinin ləğv edilməsini, yeni seçkilərin keçirilıməsini tələb edir.

Sənədi imzalayanlardan deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, bəyanatı müstəqil namizədlərlə yanaşı 11 siyasi partiya (Müsavat, Ümid, ADP, ReAL, Ağ Partiya, Gələcək Azərbaycan Partiyası, Vətəndaş İnkişaf Partiyası, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Quruluş Partiyası) və D18 Hərəkatı, “Hərəkət” seçki blokunun namizədləri imzalayıb.

Deputatlığa namizədlər bəyanat yayıb
Deputatlığa namizədlər bəyanat yayıb

“Bəyanatımız artıq qeyd edilmiş qurumlara göndərilib. Biz bu bəyanatla birinci növbədə cəmiyyətə göstərmək istəyirik ki, səsləri qoruyuruq və bunun üçün əlimizdən gələni edirik. İkinci növbədə hakimiyyətə göstəririk ki, düşünməsinlər ki, fevralın 9-da saxtakarlıq ediblər və bununla hər şey bitdi. Biz mübarizəni axıra kimi aparacayıq. Üçüncü növbədə beynəlxalq təşkilatlara total seçki saxtakarlığının olmasını göstərmək istəyirik. Bizim Konstitusiya Məhkəməsindən xüsusi gözləntimiz yoxdur və bilirik ki, Prezident Administrasiyasının qərarını icra edəcək, lakin biz yenə də bəyanat imzalayıb göndərdik ki, nəticələrlə barışdığımızı düşünməsinlər”, – o qeyd edib.

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edir.

Mərkəzi Seçki Komissiyası 4 seşki dairəsində və 328 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb.

Konstitusiya Məhkəməsi martın 5-də parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun təsdiqi məsələsinə baxacaq.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb”, – sənəddə qeyd edilir. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO