Gündəm 05.03.2020 23:39

İdlibdə atəş dayandırılır – Rusiya və Türkiyə razılaşdılar – TƏHLİL - FOTO

Rusiya və Türkiyə prezidentləri Suriyada münaqişənin nizama salınmasına dair memorandum imzalayıblar.

Rakus.az xəbər verir ki, martın 5-də Moskvada keçirilən danışıqların yekununa dair iki ölkə arasında imzalanmış memorandumu Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu oxuyublar. Sənəddə martın 6-na keçən gecə saat 1-dən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlər əksini tapıb.

Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər.

Türkiyə Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb.

“Türkiyə Prezidenti ilə danışıqlar asan keçməsə də, pozitiv başa çatdı”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya və Türkiyə prezidentlərinin Moskvada 6 saatdan çox davam edən görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

O deyib ki, iki ölkə İdlibdə gərginliyin aradan qaldırılmasına dair qərar qəbul edib və Suriya münaqişəsinin həllinə dair ümumi sənəd imzalayıb.

Putin çıxışında türkiyəli həmkarına təşəkkür edərək, Suriyada baş verən proseslərin həssas xarakter daşıdığını bildirib. O, İdlibdə baş verən hadisələr zamanı türk əsgərlərinin şəhid olmasına görə başsağlığı verib, Soçi anlaşmasının əhəmiyyətinə diqqət çəkib.

V.Putin əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib: “Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənədi razılaşdırıb. Rusiya və Türkiyə Astana razılaşmasını və terrorçularla mübarizəni davam etdirməlidir”.

Türkiyə Prezidenti R.T.Ərdoğan isə çıxışında deyib ki, 6 saatlıq görüş zamanı Suriya məsələsini ətraflı şəkildə müzakirə etdiklərini, görüşün müsbət keçdiyini vurğulayıb. O, İdliblə bağlı atılan addımların bölgədəki problemin həllinə yardımçı olcağına ümid bəslədiyini, bu gecədən etibarən atəşkəsin qüvvəyə minəcəyini və bunun davamlı olması üçün hər iki tərəf əlindən gələni edəcəklərini diqqətə çatdırıb: “Qaçqınlara yardım göstərilməsi üçün birlikdə çalışacaq, onların geri qaytarılmasına yardım göstərəcəyik”.

Onun sözlərinə görə, Türkiyə bu müddətdə rejimin törədə biləcəyi təxribata qarşı bütün tədbirlər görüləcək və Türkiyə bu haqqı özündə saxlayır.

R.T.Ərdoğan Cenevrə görüşündə əldə olunan razılaşmaya sadiq qaldığını, problemin həllinin yalnız  sülh olduğunu bir daha vurğulayıb.

Sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu əldə olunan razılaşma sənədinin mətnini oxuyublar.

Sənədə əsasən, Suriyada atəşkəs martın 6-na keçən gecə saat 1-də qüvvəyə minir.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO