Razılaşmanı uzatmaq, yaxud dayandırmaq söhbəti olmayacaq – Energetika naziri
“Neft hasilatının azaldılmasına dair OPEC+ formatının sövdələşməsi səmərəli oldu”.
Rakus.az xəbər verir ki, bu barədə Qazaxıstan energetika naziri Nurlan Noğayev jurnalistlərə bildirib.
O deyib: “OPEC-in azaltmağa, saxlamağa, qarşılıqlı fəaliyyətə dair sövdələşməsinin nə qədər səmərəli olduğunu gördük. OPEC sövdələşməsi rəsmi olaraq martın 31-dək qüvvədə olsa da, ayın 18-də texniki komissiyanın iclasında yəqin ki, sonrakı işlər müzakirə olunacaq”.
Qazaxıstanlı nazir sözügedən iclasda Energetika Nazirliyinin Departament direktoru səviyyəsində təmsil olunacaqlarını bildirib: “Orada razılaşmanı uzatmaq, yaxud dayandırmaq söhbəti olmayacaq, cari məsələlər, qərar hazırlığı müzakirə olunacaq”.
Nazir həmçinin 2020-ci ildə hasilat planına olduğu kimi, əməl edəcəklərini də qeyd edib.
Xatırladaq ki, yanvar ayında Qazaxıstan Baş naziri Əsgər Mamin bu ildə 90 milyon ton neft hasilatı nəzərdə tutduqlarını bildirmişdi. 2019-cu ildə ölkədə 90,5 milyon ton neft hasil edilmişdi. (report.az)