Təhsil işçilərinin maaşları ödəniləcək? – Təhsil naziri
“İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub”.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əməkhaqqlarının ödənilməsi qaydasından danışarkən deyib.
“Bizim insanların əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir.
Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək”, – deyə Təhsil naziri bildirib. (report.az)