Putin təsdiqlədi: 2036-cı ilədək hakimiyyətdə qalacaq
Vladimir Putin onun 2024-cü ildə prezidentliyə yenidən namizədliyini irəli sürməsinə icazə verəcək konstitusiya dəyişikliyini rəsmi olaraq təsdiqləyib.
Bu, Rusiyanın bütün regional parlamentlərinin budəyişikliyin lehinə səs verdiyinə dair xəbərlərin yayılmasından sonraya təsadüf edib.
Putin yanvar ayında Rusiya siyasəti və konstitusiyasına böyük dəyişikliklər elan edib. Kreml bu dəyişiklikləri hakimiyyətin prezidentdən parlamentə ötürülməsi kimi izah edib.
Lakin Rusiyanın həm prezidenti həm də baş naziri olmuş Putin bu həftə Dövlət Dumasında çıxış edərək onun 2024-cü ildə yenidən namizədliyini irəli sürməsini qadağan edən konstitusiyaya yeni dəyişikliyi dəstəkləyib.
Keçmiş qanunlara əsasən onun ardıcıl olaraq üçüncü dəfə namizədliyini sürməsi qadağandır, lakin yeni dəyişikliklə o, 2024-cü ildə ümumilikdə beşinci, 2030-cu ildə isə altıncı dəfə prezident ola bilər.
Kreml Putinin 2024-cü ildə namizədliyini irəli sürüb-sürməyəcəyini bildirmədiyini vurğulayıb.
Konstitusiyaya digər dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri gücləndirilir və Rusiya qanununun beynəlxalq qanunlar üzərində aliliyi vurğulanır. Bu isə Kremlin Avropa İnsan Hüquqları Məhkəməsi və Rusiya əleyhinə hökmlər çıxaran digər beynəlxalq qurumlara qarşı qəzəbini əks etdirir.
Dəyişikliyə əsasən həmçinin eyni-cinslilərin nikahı qadağan olunur və “Allaha inam” Rusiyanının ənənəvi dəyərlərindən biri kimi sadalanır.
“Parlamentin yuxarı palatası olan Federasiya Şurası 85 regionun parlamentlərinin səsvermə nəticələrini alıb. Onların hamısı müsbətdir,” RIA xəbər agentliyi şuranın konsitusiya qanunu üzrə komitəsinin sədri Andrey Klişasa istinadən bildirib.
Onun qeyd etdiyi 85 regionuna Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım da daxildir.
Rusiyanın Konstitusiya Məhkəməsi indi aprel ayında ümummilli səsvermyə qoyulacaq konstitusion dəyişiklikləri nəzərdən keçirməlidir.
Rusiya parlamentin aşağı palatası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin üzvlərini martın 12-də konsitutiya dəyişikliklərini etibardan salmaq istəyən xarici kampaniyaya qarşı Putini dəstəkləməyə çağırıb.