Gündəm 19.03.2020 10:44

Hava qış temperaturundadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son günlərin hava şəraitini şərh edib.

Rakus.az xəbər verir ki, U.Tağıyeva bildirib ki, bir neçə gündür hava şəraiti gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə dəyişib: “Əgər mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları fonunda temperatur iqlim normasından 5-7 dərəcə artıq idisə, son 3 gündə temperatur çoxillik göstəricilərdən aşağı düşərək, gündüz saatlarında 6-8 dərəcə olmaqla qış aylarının temperaturuna yaxınlaşıb.

Respublika ərazisində bəzi vaxtlarda yağıntılar müşahidə olunub. Dağlıq rayonlarda hətta qalınlığı 1-12 sm qədər qar örtüyü yaranıb. Şimal küləyi güclənib. Abşeronun xilaskarı olan bu külək nəticəsində havanın nə dərəcədə təmizlənməsi vizual olaraq görünür. Sinoptik durumu müəyyən edən şimal-qərb antitsiklonunun daxil olması ilə nisbətən yüksək təzyiq sahəsinin üstünlüyü hesabına hava oksigenlə zənginləşib. Güclü şimal küləyinin təsiri ilə isə havanın tərkibində olan asılı toz hissəcikləri və zərərli maddələr uzaqlaşdırılıb ki, bu da atmosferin aşağı qatlarında havanın təmizlənməsi ilə nəticələnib.

Havanın keyfiyyətinin monitorinqi üzrə avtomat stansiyaların məlumatlarına əsasən Bakı şəhərində çirklənmə yol verilən həddi keçməyib.

Tutqun hava bəzi insanların əhvalına mənfi təsir göstərsə də, optimist insanlar belə dəyişkənliklərdə də müsbət halları görməyi bacarırlar. Gəlin optimist olaq! Buna əlavə olaraq, bir qədər də optimizmi artırmaq üçün bildiririk ki, həkimlərin rəyinə görə müşahidə olunan yağışlı-küləkli hava şəraiti koronavirus infeksiyasının inkişafına mənfi təsir göstərir.

Hətta qeyri-sabit hava da özündə müsbət amil daşıya bilər”. (report.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO