Siyasi 23.03.2020 18:34

XİN vətəndaşları ümidli olmağa səslədi

“Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib. Azərbaycan hökuməti COVİD-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədi ilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır”.

Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Yaranmış vəziyyətdə ölkəmizin quru və hava yollarının bağlanması və uçuşların müvəqqəti dayandırılması ilə əlaqədar, Azərbaycanın xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının Azərbaycana gətirilməsi üçün xüsusi çarter reysləri təşkil olunmaqdadır. 10.000-ə yaxın vətəndaşımızın AZAL-ın xüsusi çarter reysləri və digər nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Ölkəyə xaricidən gələn bütün vətəndaşlar müayinədən keçirilir və dövlət hesabına 14-21 gün ərzində karantin rejimində saxlanılır: “Azərbaycan vətəndaşlarının sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib və bü xüsusda çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Mövcud durumda vətəndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, xaricdə olan vətəndaşlarımızdan hazırda olduqları ölkələrdə karantin qaydalarına riayət etmələrini israrla xahiş edirik. Azərbaycana geri dönən hər bir vətəndaşımızın karantin rejiminə götürülməsi üçün xüsusi rejimli xəstəxanalar, karantin yerləri hazırlanır, müvafiq logistika təminatı həyata keçirilir. Bunun üçün isə müvafiq imkanların səfərbər edilməsi ilə yanaşı, zaman da tələb olunur. Bu səbəbdən vətəndaşlarımızdan təmkinli davranmalarını, mümkün olduğu qədər hazırda olduqları ölkələrdə özünütəcrid qaydalarına əməl etmələrini tövsiyə edirik. Mövcud vəziyyətdə əsassız yerə təşvişin yaradılması, bəzi hallarda təxliyədən sui-istifadə halları, dövlətin gördüyü işlərə qarayaxma cəhdləri bəzi şəxslərin məsuliyyətsiz davranışını nümayiş etdirir.

Vətəndaşlarımızın, onların yaxınlarının, eləcə də Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi naminə hər birimizi xarici səfərləri, o cümlədən geriyə dönüş səfərlərini mümkün qədər məhdudlaşdırmağa, olduğumuz yerlərdə özünütəcrid qaydalarına əməl etməyə və təmkinli davranmağa çağırırıq. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək  müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO