Konstitusiya Məhkəməsi KMDF-a ianə etdi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.
Rakus.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əməkhaqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.