Elm və təhsil 25.03.2020 10:59

Türkiyədə tələbələrimiz otaqlarla təmin olunublar

Türkiyədə bəzi tələbə yataqxanaları karantin mərkəzinə çevrilib. Təlimata əsasən bu yataqxanalardakı tələbələr, o cümlədən soydaşlarımız digər yataqxanalarla təmin olunublar. Bundan başqa, yataqxana ilə təmin olunmayan və ya təklif olunan yeni yerləşmə yerlərindəki şəraitdən narazı qalan tələbələrin müraciətlərinə operativ qaydada baxılır və onlara müvafiq qaydada kömək göstərilir.

Rakus.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ifadə edib. Müşavir deyib: “Hazırda Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onların, mütləq əksəriyyəti Türkiyə tərəfinin məlum infeksiya riski ilə bağlı özünütəcrid şəraitində yaşayır və distant dərslərlə təhsillərini davam etdirirlər. Səkkiz yüzə yaxın tələbəmiz öz istəkləri ilə artıq vətənə göndərilib. Təəssüf ki, karantinə çevrilən yataqxanalardan başqa, yerləşmə yerlərinə köçürülən tələbələrimizlə bağlı şayiə xarakterli məlumatlar yayanlar da var. Bu barədə yayılan söz-söhbətlər tamamilə əsassızdır. Bütün bu iddialar tərəfimizdən araşdırılıb. Bununla bağlı Türkiyə Respublikasının müvafiq qurumlarının səlahiyyətli şəxsləri ilə əlaqə saxlanılıb və bu iddiaların tamamilə əsassız olduğu bir daha öz təsdiqini tapıb. Təəssüflə qeyd etmək istərdim ki, bəzi tələbələr Türkiyə hökumətinin infeksiyanın yayılma riskinin qarşısını almaq üçün qəbul etdiyi qərarları və təlimatları məsuliyyətsiz şəkildə pozurlar. Hətta onların bir qismi Türkiyə-Azərbaycan sərhədinə gediblər. Sərhəd qapılarında videogörüntülər hazırlayır və onları sosial şəbəkədən yayırlar. Həmin tələbələrlə əlaqə yaradılıb. Tələbələrin nümayəndələri Azərbaycana qayıtmaq məqsədilə yataqxanalarla təmin olunmadıqları ilə bağlı yalan informasiya yaydıqlarını etiraf ediblər. Açıq bildirirlər ki, onları bu addımları atmağa bəzi qüvvələr təhrik ediblər. Məlum olduğu kimi Azərbaycan hökuməti soydaşlarımızın təxliyəsi üçün çarter reyslər təşkil etməkdədir. Dövləti əhəmiyyət daşıyan bu proses əlaqələndirilmiş şəkildə nizamlı qaydada davam etdirilir. Ardıcıllıqla davam etdirilən bu təxliyə prosesində hər yerdə olduğu kimi azyaşlı uşaqları olan ailələrə, yaşlılara və xəstələrə xüsusi diqqət ayrılır. Ölkəyə gətirilən vətəndaşların karantin mərkəzlərinə yerləşdirilməsi ilə əlaqədar təxliyə işləri qrafikə uyğun davam etdirilir. Bütün bu işlərə kölgə salmaq üçün edilən istənilən hərəkət təxribat xarakterlidir. Bir daha təkrar edirəm, Türkiyənin Təhsil Nazirliyi digər qurumlarla birlikdə ölkənin ali və orta məktəblərinə dair tədris prosesini distant metodla televiziya kanalları və internet üzərindən təmin edib. Bütün azərbaycanlı tələbələr yataqxana ilə təmin olunublar. Distant tədrisdən geri qalan tələbələr dərs prosesi normal vəziyyətə döndükdə digər problemlərdən xilas olacaqlar. Tövsiyə edirik ki, tələbələr Türkiyə dövlətinin qanunlarına əməl edərək onlar üçün ayrılan yataqxanalarda yerləşməklə həm özlərinin, həm ünsiyyətdə olduqları digər şəxslərin sağlamlığının qorunmasını təmin etməklə bərabər, həm də dərslərindən geri qalmasınlar. Qeyd etməliyəm ki, tələbəmizin bəziləri yenə də səfirliyin nəzdində yaradılmış “qaynar xətt” vasitəsilə qeydiyyatdan keçərək Azərbaycana getmək istədiklərini bildiriblər. Bütün bu müraciətlər qeydiyyata alınır”. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO