Siyasi 30.03.2020 21:00

Qondarma seçkilər siyasi tamaşadır – BMTM bəyanat yaydı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı açıqlama yayıb. 

Rakus.az xəbər verir ki, açıqlamada deyilir:

“2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbərliyinə” (“prezident” və “parlament”) işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni seçkilərin keçirilməsi planlaşdırılır. Koronavirus kimi pandemiyanın dünyada sürətlə yayıldığı bir dövrdə, bütün dünyada kütləvi tədbirlər və insan toplantılarının təxirə salındığı halda, işğalçı rejimin öz siyasi oyunlarından əl çəkməməsi bir daha işğal altında yaşayan insanların həyatlarına, sağlamlıqlarına və təhlükəsizliklərinə etinasız münasibətin göstəricisidir.

Qeyd edilməlidir ki, işğal edilmiş və etnik təmizləmə aparılmış Azərbaycan ərazilərində bu cür siyasi tamaşalar həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də bütün beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Bu qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhdlərdən biri olmaqla, heç bir şəkildə işğal edilmiş ərazilərdə həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə, məsuliyyəti Ermənistanın üzərindən götürə bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında da bir daha işğal edilmiş ərazilərdə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü göstərməklə, qondarma “Dağlıq Qarabağ” rejiminin heç bir hüquqi və siyasi legitimliyinin olmadığını təsbit edib.

Bu və ya buna bənzər əvvəlki digər qanunsuz seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur, Azərbaycan torpaqlarının işğalı faktını heç bir şəkildə dəyişdirə bilmir və bilməz. Beynəlxalq hüquq tərəfindən qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanınan işğal altındakı torpaqlarda hansısa seçkilərin keçirilməsi, hakimiyyət orqanlarının formalaşdırılması və vətəndaşların iradələrinin ifadə edilməsi yalnız Azərbaycan Respublikası qanunvericiliyi əsasında, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşların iştirakı ilə mümkündür. Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri daxilində seçkilər yalnız və yalnız ölkə qanunvericiliyi, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşlarının iştirakı ilə keçiriləcəyi təqdirdə hüquqi qüvvəyə malikdir.

Azərbaycanın işğal edilmiş ərazilərində əvvəllər də keçirilmiş bənzər “seçkilər”ə beynəlxalq təşkilatlar və dövlətlər dəfələrlə müvafiq siyasi qiymətlərini veriblər. 2017-ci il fevralın 20-də Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “referendum”un konstitusion və hüquqi çərçivələrini tanımadığını bəyan etmişdi. Bundan əlavə, Avropa İttifaqı həmin “referendum”un və onun nəticələrinin hansısa formada Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə təsir edə bilməyəcəyini göstərib. 2019-cu ilin dekabrında bu mövqeyi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerini həmin ilin sentyabrında keçirilən qeyri-qanuni “mer seçkilərinə” münasibətində bir daha təsdiq edərək, “həmin seçkilərin konstitusion və hüquqi çərçivələrini” tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Bundan əvvəl – 2012-ci ildə qondarma rejimin “prezident seçkilərini” Avropa İttifaqı, NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tanımamış və pisləmişdi.

Nəticə olaraq, təəssüflə qeyd etməliyik ki, göstərilən qeyri-qanuni seçkilər Ermənistan rəhbərliyinin münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyinin və işğalçı siyasətinin daha bir göstəricisidir. Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq, dünya ictimaiyyətini münaqişənin həllinin bölgənin azərbaycanlı və erməni icmalarının bərabər iştirakı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəkləməyi və bölgədə əvvəl keçirilən qeyri-qanuni seçkilərə verilən müvafiq qiymətlərində daha prinsipial olmağa çağırır”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO