“Urals” markalı neftin qiyməti 10 dollara düşdü
Rusiyanın “Urals” markalı nefti ucuzlaşmaqda və 1999-cu ilin mart ayı səviyyəsinə düşməkdə davam edir.
Rakus.az xəbər verir ki, şimal-qərbi Avropada (Rotterdam limanı) “Urals” neftinin CİF müqavilə qiyməti aprelin 1-dən 10,54 dollar/barel təşkil edib.
Bu markalı neftin bir barelinə görə endirim isə ötən həftədəki səviyyədə – 4,75 ABŞ dolları olaraq qalıb. Bu 2008-ci ildən indiyədək ən maksimum endirimdir.
Hazırda London birjasında “Brent” markalı neftin bir bareli 10,55% bahalaşaraq 27,35 ABŞ dolları, Nyu-York birjasında WTI markalı neftin bir bareli 10,64% artaraq 20,47 ABŞ dolları təşkil edir. Birjalarda neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiya və Səudiyyə Ərəbistanı ilə bazarı tənzimləmək üçün tezliklə razılığa gələcəyi ilə bağlı bəyanatından sonra artmağa başlayıb.