Nazirlərin görüşü aprelin 9-da baş tutacaq
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.
Neft bazarının sabitləşdirilməsi məqsədi ilə aprelin 6-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulurdu.
Bu gün isə “Reuters” agentliyi görüşün vaxtının dəyişdirilə biləcəyini yaymışdı. Bildirilmişdi ki, görüş aprelin 8-i və ya 9-u keçirilə bilər.
Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyinin bu günkü məlumatında qeyd edilmişdi ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.