Məhdudlaşdırıcı tədbirlər deputatlara şamil deyil
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Rakus.az xəbər verir ki, sənədin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.
Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.
Sənəd səsverməyə çıxarılaraq II və III oxunuşda qəbul edilib.