Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Rakus.az xəbər verir ki, o, koronavirus pandemiyasına görə aprelin 20-sinə qədər Rusiya-Azərbaycan sərhədinin bağlı olacağını bildirib.
Səfir buna görə də vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb.