Gündəm 15.04.2020 18:30

Prezidentlər video ilə görüşdülər

Aprelin 15-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

Rakus.az xəbər verir ki, dövət başçıları qarşılıqlı əlaqələrin və müxtəlif sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Prezident Salome Zurabişvili:

– Cənab Prezident, mən Sizinlə belə çətin bir zamanda deyil, daha yaxşı vaxtlarda söhbət etmək istərdim. Ümidvaram ki, şəxsən Siz, ailəniz, əməkdaşlarınız – hamınız yaxşısınız. Ümid edirəm ki, biz bu çətin şəraitdə əməkdaşlığımızı mümkün olan qədər tez bir zamanda davam etdirəcəyik.

Prezident İlham Əliyev:

– Təşəkkür edirəm, xanım Prezident. Sizi görməyə çox şadam. Əlbəttə ki, bu cür ünsiyyət qurmaq çox qeyri-adidir. Lakin bu, zamanın özəlliyidir. İndi bizə bir-birimizi görməyə və bir-birimizlə söhbət etməyə imkan verən yeni texnologiyaların olması çox yaxşı bir haldır. Əməkdaşlığınıza görə Sizə təşəkkür edirəm. Mən ölkəmizə Sizin çox uğurlu rəsmi səfərinizi xatırlayıram.

Gürcüstan Prezidenti dünən Gürcüstana göstərilən həmrəyliyin ifadəsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev hər zaman olduğu kimi koronavirus pandemiyası şəraitində də ölkələrimiz və xalqlarımızın bir-birinin yanında olaraq həmrəylik nümayiş etdirməsinin önəmini bildirdi. Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən təbdirlər və bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi apardılar.

Söhbət zamanı Azərbaycanla Gürcüstanın beynəlxalq tranzit dəhlizinin önəmli iştirakçıları olduğu bildirilərək, ticarət əlaqələrinin, tranzit-nəqliyyat sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Dövlət başçıları iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə etdilər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO