Gürcüstan DTX: Azərbaycanla koordinasiyalı işləyirik
Gürcüstanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanla sərhəd məsələsində təxribatların qarşısının alınması və vəziyyətin sabitləşdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirib.
Rakus.az xəbər verir ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin illik hesabatında bildirilib.
Qeyd olunub ki, DTX Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası Komissiyasının işində iştirak edir: “Bu format iki ölkə arasında məsələnin yoluna qoyulması üçün qanuni formatdır. Təhlükələri minimallaşdırmaq üçün danışıqlar prosesinə cəlb olunan dövlət qurumlarına müvafiq tövsiyələr təqdim edilib.
Eyni zamanda, DTX-nın regional bölmələri müvafiq qurumlarla koordinasiya şəklində sərhədboyu rayondakı vəziyyətə daim nəzarət həyata keçirir və müvafiq operativ dəstək göstərir”.