RƏSMİ: Diplomatlar arasında koronavirusa yoluxan yoxdur
“Diplomatik nümayəndələrimiz arasında koronavirus epidemiyasına yoluxma halı baş verməyib”
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, onlar gücləndirilmiş şəkildə işlərini davam etdirirlər.
Onun sözlərinə görə, indiyə qədər digər ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb və siyahısı hazırlanıb:
“Rusiya ilə bağlı ayrıca portalın yaradılmasının səbəbi isə orada olan vətəndaşların sayının çox olmasıdır. Digər ölkələrə münasibətdə bu portalın gendişləndirilməsinə baxıla bilər. Başqa ölkələrdə olan vətəndaşlarımız barədə vəziyyət məlumdur. Onlar barədə məlumat dipomatik nümayəndəliklərdən Xarici İşlər Nazirliyinə və operativ qərargaha təqdim edilib”.