Azərbaycanın 2 ölkə ilə sərhədi mayın 4-dək bağlı qalacaq
Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-İran və Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.
Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası, eləcə də Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.