Gündəm 21.04.2020 11:15

Füzuli rayon sakinləri Azərbaycan Prezidentinə məktub yazdılar - FOTO

Füzuli rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıblar.

Rakus.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident,

Azərbaycan tarixən çətin sınaqlarla üzləşmiş, həmin sınaqlardan güclü lider, böyük şəxsiyyətlərin hesabına qalib ayrılmışdır. 1993-cü ildə Azərbaycan parçalanmaq, dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşəndə bu çətin missiyanı Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü, qısa müddətdə ölkədə mərkəzi hakimiyyəti möhkəmləndirdi, siyasi sabitliyi bərpa etdi, düşmənin hücumlarının qarşısını aldı. 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində Azərbaycanın hər tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşməndən azad edildi. İşğaldan azad olunmuş kənd və qəsəbələrdə infrastruktur obyektləri bərpa olundu, məcburi köçkünlər öz doğma evlərinə qayıtdılar.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Siz, Ulu Öndər Heydər Əliyevin liderlik və varislik missiyasını ləyaqətlə davam etdirməyə başladınız. Sizin, Sərəncamlarınızla 2003-cü ildə Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 11 Qayıdış, 2007-ci ildə 5 Zobucuq, 2016-cı ildə 400 evlik qəsəbələr salındı, işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparıldı, təhsil, səhiyyə, idman, mədəniyyət digər sosial yönümlü obyektlər tikildi, yollar, qaz, elektrik, içməli su xətləri çəkildi, digər mühüm infrastruktur layihələri yerinə yetirildi.

Cənab Prezident,

2016-cı ilin aprel ayında Sizin rəhbərliyinz altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə, strateji əhəmiyyətə malik olan Lələ-təpə yüksəkliyinin və min hektarlarla ərazinin işğaldan azad olunması, Horadiz şəhərinin və ətraf kəndlərin təhlükəsizliyinin təmin olunması, Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpa olunması onu göstərdi ki, Siz, Ulu öndər Heydər Əliyevin tarixi varislik missiyasını layiqincə yerinə yetirirsiniz.

Hazırda Koronovirus pandemiyası bütün dünyanı və insanlığı təhdid etməkdədir. Koronovirus pandemiyası Azərbaycandan da yan keçməyib, xalqımızın sağlamlığı təhlükə altındadır. Koronovirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda ardıcıl və sistemli tədbirlər həyata keçirilir, dövlətin bütün resursları infeksiyanın təsirinin azaldılması üçün səfərbər edilib. Füzuli rayon sakinləri olaraq Sizin rəhbərliyinizlə kovid-19 virusunun qarşısının alınması istiqamətində görülən işləri alqışlayırıq. Cəbhə bölgəsində yaşayan Füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronovirus epidemiyasına da qalib gələcəyik.

Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər zaman olduğu kimi insanların yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşı olaraq bundan qürur duyuruq.

Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocağının və qoruyucu vasitələr üçün istehsal müəssisəsinin istifadəyə verilməsi və atdığınız bir çox digər addımlar xalqımızı sevdiyinizin, ona xidmət etdiyinizin bariz göstəricisidir.

Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, iki yüz min nəfərdən artıq işsiz və aztəminatlı ailələrə karantin dövründə 190 manat pul vəsaitinin ödənilməsi, xüsusi karantin dövrtündə fəaliyyətini dayandırmış sahibkarlıq subyektlərinə maddi dəstək verilməsi, on minlərlə yeni iş yerlərinin  yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Əziz və möhtərəm Prezidentimiz,

Şəfqət, mərhəmət, humanizm, köməyə ehtiyacı olanın yanında olmaq kimi yüksək insanı keyfiyyətlər həmişə Sizin ən mühüm həyati dəyərləriniz olmuşdur və bu gün də belədir. Sizin və Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin ali məqsədi – ana xətti Azərbaycanımızın daha gözəl, daha  qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Allah sizi və ailənizi qorusun!”

Dərin hörmətlə, Füzuli rayon sakinləri adından

1. Əliyev Zülfiqar Pənah oğlu- Ağsaqqallar Şurasının sədri,

2. İsmayılov Sevindik Baba oğlu- Qarabağ müharibəsi veteranı, Azərbaycan bayrağı ordenli

3.Abbasov Əlizadə Soltan oğlu- Qarabağ müharibəsi veteranı,I qrup Əlil

4. Babayeva Xurşud Yusif qızı- Milli Qəhrəman Seymur Məmmədovun anası,

5. Nəcəfov Üzeyir Hacı oğlu- Aprel döyüşlərinin iştirakçısı-II qrup əlil

6. Bağırova Ağgül Büsat qızı- Böyük Bəhmənli kəndi-Əmək ordenli

7. Hüseynova Ülkər  Həmzə  qızı- Əməkdar müəllim

8. Rəşidli Aydın Mirzəli oğlu- YAP Füzuli rayon Gənclər Təşkilatının sədri

9. Məmmədov Əhəd Süleyman oğlu- əməkdar həkim

10. Şirinov Bayandur Azad oğlu- ağsaqqal

11. Rüstəmova Solmaz Ələkbər qızı- YAP Füzuli rayon təşkilatı Qadınlar Şurasının sədri

12. Rayonun digər sakinləri

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO