“Bu vəziyyətdən sağlam çıxacağıq” – Məleykə Abbaszadə
“İmtahanların vaxtı elan olunanda ondan əvvəl sənəd qəbulunun da qrafiki açıqlanacaq. Sənəd qəbulunu indi elan etsək kimin kompüteri var o, qeydiyyatdan keçəcək. Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq”.
Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, məktəblər bağlı olduğundan sənəd qəbulu komissiyaları açıq deyil: “Ona görə də məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu bitəndən sonra yığılan məlumatların müəyyənləşməsi üçün müəyyən vaxt lazımdır. İmtahanların vaxtı elan olunanda ondan əvvəl sənəd qəbulunun da qrafiki açıqlanacaq. Sənəd qəbulunu indi elan etsək kimin kompüteri var o, qeydiyyatdan keçəcək. Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq”.
Onun sözlərinə görə, məktəblər bağlı olduğundan sənəd qəbulu komissiyaları açıq deyil: “Ona görə də məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu bitəndən sonra yığılan məlumatların müəyyənləşməsi üçün müəyyən vaxt lazımdır”.
M.Abbaszadə bildirib ki, hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik: “Bu qanunla tənzimlənir. Bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir. Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur”.
Keçid ballarını DİM-in müəyyənləşdirmədiyini vurğulayan DİM sədri müsabiqədə iştirak üçün şərtlərin Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini diqqətə çatdırıb: “Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil”.
Onun fikrincə, qəbul imtahanlarının keçirildiyi formatda olması sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir. Bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.
DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.
Direktorlar Şurasının sədri imtahanların ödənişli olması ilə bağlı məsələnin dövlət tənzimlədiyini deyib: “Şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək. Amma mövcud vəziyyət imkan verməsə təbii ki, bir dəfə qəbul imtahanı keçiriləcək. Bu gün üçün bizə hər hansı məhdudiyyət qoyulması barədə heç bir söz deyilməyib. Ümid edirəm ki, hər şey öz qaydasında olacaq.