Türkiyənin “Qalatasaray” klubunun niderlandlı futbolçusu Rayan Donkun ailə üzvü koronavirusdan dünyasını dəyişib.
Rakus.az xəbər verir ki, 34 yaşlı futbolçu nənəsinin koronavirus səbəbindən vəfat etdiyini açıqlayıb.
“Möhtəşəm nənəmiz vardı. Bu qorxunc xəstəlik onu bizdən çox erkən aldı, ancaq onun bizi hər zaman görəcəyini bilirəm. Yanımızda olmasan da, sonsuza qədər qəlbimizdə yaşayacaqsan. Səninlə həmişə fəxr edəcəyik”, – ulduz futbolçu bildirib.